Trampın Çinlə ticarət müharibəsinə başlamasının iqtisadi səbəbləri: Ən böyük defisit...

12:56 4 Fevral 2025

"ABŞ-ın ticarət tariflərinin əsas hədəfi olan 3 ölkə ilə ticarət dövriyyəsinin həcmi onun bütün ticarət dövriyyəsinin 42%-ni təşkil edir. 2023-cü ilin yekunlarına görə, ABŞ-ın xarici ticarət dövriyyəsinin həcmi 5,2 trilyon dollar olub - ixrac 2 trilyon, idxal 3,2 trilyon dollar.

Qeyd olunan 3 ölkə üzrə idxalın həcmi belədir: Meksika 480 miyard, Çin 448 milyard, Kanada 431 milyard dollar. Həmin ölkələrə ABŞ-ın ixracı belədir: Kanada 353 milyard Meksika 323 miyard, Çin 148 milyard dollar. Ticarət balansının kəsirinə gəldikdə, ən böyük defisit Çinlədir - təxminən 300 milyard dollar. ABŞ-ın Meksika ilə 157, Kanada ilə 78 milyard dollarlıq ticarət defisiti var".

Sitat.info xəbər verir ki, bu məlumatı iqtisadçı ekspert Rövşən Ağayev açıqlayıb. 

O bildirib ki, ölkənin bütün ticarət kəsirinin 46%-i bu 3 ölkənin payına düşür: "Əslində bu göstərici 3 ölkənin ABŞ-ın ümümi xarici ticarət dövriyyəsindəki payına (42%) proporsionaldır. ABŞ-ın ticarət müharibəsi elan elədiyi 3 ölkə arasında ən əlverişsiz ticarət münasibətlərində olduğu ölkə Çindir. ABŞ-ın Çinə ixracının həcmi Kanada və Meksikaya ümumi ixracından 5 dəfə azdır. Amma Çindən idxalı ayrı-ayrılıqda bu 2 ölkədən idxalın həcminə yaxın məbləğdədir".

Nigar,

Sitat.info



Xəbər xətti