Bakının Nəsimi rayonunda quldurluq olub.
Sitat.info xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin kəsici-deşici alətlə hədələnərək 170 manatının alınması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı A.Qədirov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.