Əsgərlikdən yeni gəlmişdi - faciəvi şəkildə öldü

09:07 14 Aprel 2025

Hərbi xidmətdən gələndən 5 gün sonra qəza keçirən Rəşad Əkbərov vəfat edib.

Sitat.info qafqazinfo-ya istinadən xəbər verir ki, o, ötən gün axşam saatlarında müalicə aldığı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində vəfat edib.

Qeyd edək ki, rayonun Bəydili kənd sakini Tofiq Əliyev "Mercedes" markalı mikroavtobusla hərəkətdə olarkən Nəsimikənd sakini 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərovu vurmuşdu.



Xəbər xətti