Şəmkirdə ər və arvad dəm qazından zəhərləndi

10:11 14 Aprel 2025

Şəmkir rayonunun Günəşli kəndində ər və həyat yoldaşı dəm qazından zəhərlənib.

Sitat.info xəbər verir ki, Günəşli kənd sakinləri, 1980-ci il təvəllüdlü Vidadi Hüseynov və həyat yoldaşı, 1991-ci il təvəllüdlü Sevinc Hüseynova yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.



Xəbər xətti