Bu gün axşam saatlarından etibarən Bakıya leysan xarakterli yağış yağır.
Sitat.info-nun məlumatına görə, tədricədən güclənən yağış yollarda avtomobillərin hərəkətinə çətinlik yaradır.
Bundan başqa ara-sıra şimşək çaxması da müşahidə olunur.
Yağışın intensiv yağması nəticəsində paytaxt yollarında bir sıra çətinliklər yaranacağı ehtimal olunur.