Çadın Zakuma milli parkında yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Sitat.info xəbər verir ki, bu barədə "Journal du Tchad" məlumat yayıb.
Məlumata görə, insident kərgədanların peyk yaxalıqları vasitəsilə izlənilməsi zamanı baş verib.
Təyyarə manevr edərkən qəzaya uğrayıb.
Bortda olan iki nəfərin – Cənubi Afrikadan olan pilotun və qoruğun əməkdaşının həyatını itirdiyi bildirilib.