Babək prospektində yol qəzası tıxaca səbəb olub

08:11 15 May 2025

Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Sitat.info-ya  DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.



Xəbər xətti