Putin və Kim arasındakı dialoq güclənir

10:50 12 İyul 2025

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In daimi təmasdadırlar, şəxsi görüşlərin davamı da planlaşdırılır.

Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreya xarici işlər naziri Çoi Son Xi ilə Vonsanda keçirdiyi danışıqlardan sonra mətbuat konfransında bildirib.

S.Lavrov vurğulayıb ki, iki lider arasında əlaqələr sıx və sabit şəkildə davam edir.

 

Sitat.info 



Xəbər xətti