Netanyahu qorxur! Təyyarəsi Avropadan yan keçərək ABŞ-a uçub...

13:32 25 Sentyabr 2025

İsrailin baş naziri Benyamin Netanyahunun təyyarəsi Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına görə ABŞ-a fərqli marşrutla gedib.
Sitat.info xəbər verir ki, BMT Baş Assambleyasına qatılmaq üçün ABŞ-a səfər edən İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına görə fərqli yol tutub. Netanyahunun BMT Baş Assambleyasında iştirak etmək üçün gecəylə Təl-Əvivdən ABŞ-a getdiyi bildirilir.

Nyu Yorka yola düşməzdən əvvəl hava limanında çıxış edən Netanyahu BMT Baş Assambleyasında Fələstin Dövlətini tanıyan ölkələri tənqid edən çıxış edəcəyini bildirib. O, həmçinin sentyabrın 29-da ABŞ prezidenti Donald Trampla görüşündə Təl-Əvivin Qəzza ilə bağlı “məqsədlərini” müzakirə edəcəklərini bildirib.

Flight Radar saytındakı xəritəyə görə, Netanyahunu daşıyan təyyarə Avropa üzərindən Nyu-Yorka getmək əvəzinə Aralıq dənizini keçib. Təyyarənin Yunanıstan və İtaliya hava məkanından istifadə etdiyi və Fransa hava məkanına daxil olmadığı müşahidə edilib.

Aytac,

Sitat.info 



Xəbər xətti