Yevlaxda baş verən qəzada iki piyada ölüb.
Sitat.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçən iki qadını vurub. Onların həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.