ABŞ prezidenti Donald Tramp yenidən Ukrayna ilə bağlı "sülh" planı hazırlayıb. D. Trampın xüsusi nümayəndəsi Uitkofun müəllifi olduğu plan Ukrayna prezidenti V. Zelenskinin Rusiyaya ərazi güzəştinə məcbur edilməsini özündə ehtiva edir. Yoxsa, belə bir sülh planı Avropa müttəfiqlərindən gizli hazırlanmazdı.Təbii ki, ərazi güzəşti əvəzinə atəşkəsə gedilməsi, Qərbin strateji məğlubiyyəti olar.
V.Putinin planı ərazi güzəşti hesabına atəşkəsə getmək və sonrakı proseslərdə yenidən təzyiqləri artırılmasıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ukrayna prezidentinə yenidən siyasi təzyiqlər başlayıb: "Amma, bununla bərabər ABŞ Ukraynaya "Patriot" raket sistemlərinin verilməsini təsdiq edib. Ümumiyyətlə, Rusiyanın əsas strateji siyasəti Qərb üzərində siyasi və hərbi qələbə əldə etməkdən ibarətdir. Rusiya bu siyasəti Ukrayna üzərindən həyata keçirir. Bu gün Ukrayna Rusiyanın Qərbə qarşı hərbi əməliyyatlarının əsas mərkəzidir.
Qərb Ukraynada Rusiyanı yalnız hərbi təzyiqlərlə durdura bilər".
M.Əsədullazadə hesab edir ki, ABŞ-nin "sülh planı" Ukraynanın atəşkəs müqabilində Rusiyaya ərazi güzəştinə getməsini nəzərdə tutduğu üçün, onu Kremllə birgə hazırlanmış plan kimi xarakterizə etmək olar: "ABŞ prezidentinin növbəti sülh planında torpaq güzəşti olduğu üçün Avropa ölkələri və Ukrayna tərəfindən qəbul edilməyəcək. Ümumiyyətlə, ABŞ rəhbərliyinin Ukrayna ilə bağlı Rusiyaya güzəştə getməsi, Moskvanın dayanmasına gətirib çıxarmayacaq".
Tehran,
Sitat.info