"Yoxsul təbəqəni müdafiə etmək lazımdır".
Sitat.info xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı deyib.
Millət vəkili təklif edib ki, 1 000 manata qədər əməkhaqqı alan şəxslərin bütün vergi dərəcələrindən azad olunsun:
"Azərbaycanda ərzaq məhsullarının qiyməti xeyli artıb. Keyfiyyətli ət və ərzaq məhsulları aztəminatlı əhali üçün əlçatmaz olub. Əhalinin sosial vəziyyətində ciddi problemlər var və bunu görməzdən gəlmək olmaz"./Sfera.az