ABŞ və Ukrayna arasında 19 maddəlik yeni plan! Putin çox qəzəblənəcək...

11:41 25 Noyabr 2025

 ABŞ və Ukrayna arasında Cenevrədə hazırlanan yeni – 19 maddəlik sülh planı əvvəlki 28 maddəlik versiyadan daha məqbul hesab olunub.

Sitat.info xəbər verir ki, Moskvanın tələblərinə əsaslanan mübahisəli maddələr, xüsusilə də Donbasın bir hissəsinin verilməsi barədə bənd tamamilə çıxarılıb. Bu mövzunun son qərarını ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski verəcək.

NATO ilə bağlı mühüm detal:
Ukraynanın NATO-ya qoşulmayacağına dair öhdəlik və ordunun 600 minə endirilməsi maddəsi də yeni plandan çıxarılıb.

Həmçinin Rusiyanın hərbi cinayətlərinə ümumi amnistiya verilməsi maddəsi dəyişdirilib — artıq zərərçəkənlərin şikayətlərinin nəzərə alınması tələb olunur.

Zelenski açıqlamasında planın hələ yekunlaşmadığını, lakin  “28 maddənin artıq olmadığını” və yeni çərçivə sənədinin daha uyğun olduğunu bildirib. O, Rusiyanın prosesi pozmağa çalışacağı barədə xəbərdarlıq edib.

Ukrayna Xarici İşlər nazirinin müavini yeni planın hər iki tərəf tərəfindən “müsbət” qarşılandığını deyib. ABŞ tərəfi isə bunun “son təklif” olmadığını, sənədin dəyişən və inkişaf edən bir plan olduğunu vurğulayıb.

Ağ Ev sülh prosesi ilə bağlı ümumi optimist olduğunu bildirib.

Donbas, NATO və ordu ilə bağlı ən mübahisəli maddələrin çıxarılması Ukrayna üçün ümid yaradıb. Lakin planın son təsdiqi ABŞ və Ukrayna razılaşmasına və Rusiyanın reaksiyasına bağlı olacaq.

Gülxar,

Sitat.info 



Xəbər xətti