İraqın hava məkanına daxil olan İsrail qırıcıları İran sərhədinə qədər uçublar. Uçuşlar ABŞ-nin yanacaqdoldurma təyyarələri tərəfindən dəstəklənib.
Sitat.info xəbər verir ki, bu barədə “G-Fid” məlumat yayıb.
Bildirilib ki, İsrail qırıcıları noyabrın 25-də İraq səmasında qısamüddətli uçuş həyata keçirib, geri qayıtmazdan əvvəl İran sərhədinə yaxınlaşıblar. İsrail təyyarələri uçuşlar zamanı hücum zərbələrini məşq ediblər.
“ABŞ Hərbi Hava Qüvvələrinin KC-135 yanacaqdoldurma təyyarələri təxminən eyni vaxtda İraq-İran sərhədi yaxınlığında müşahidə olunub. ABŞ təyyarələri sonra Qətərdəki Əl-Udeyd aviabazasına doğru hərəkət ediblər”, - mənbə yazıb.
“G-Fid”in analitiklərinə görə, bu uçuşlar mövcud regional gərginlik fonunda İranın müdafiə imkanlarını qiymətləndirmək üçün həyata keçirilmiş kəşfiyyat fəaliyyətidir./Teleqraf