Endonezyada intensiv yağıntılardan sonra bir məktəb binası çöküb.
Sitat.info xəbər verir ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Yerli hakimiyyət orqanları əraziyə fövqəladə xidmətlərin cəlb olunduğunu, şagirdlərin və müəllimlərin vaxtında təxliyə edildiyini bildiriblər.
Mütəxəssislər çökmənin davamlı yağışlar səbəbindən torpaq qatının yumşalması və binanın konstruksiyasının zədələnməsi ilə əlaqəli ola biləcəyini deyirlər. Hadisə ilə bağlı araşdırma aparılır.
Gülxar,
Sitat.info