İran Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyir: ABŞ və Qərbin sanksiyaları fonunda...

14:10 9 Dekabr 2025

"İranın xarici işlər naziri Abbas Əraqçının ilin son ayında Azərbaycana səfəri İran Prezidenti Məsud Pezeşkianın qonşularla dostluq münasibətlərinin inkişafı prizmasından baxmaq lazımdır. Abbas Əraqçının azərbaycanlı həmkarı Ceyhun Bayramovla yanaşı baş nazirinin müavini Şahin Mustafayevlə görüşü iqtisadi əməkdaşlığa və ortaq layihələrə verilən əhəmiyyətdən irəli gəlir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki,  münasibətlərin normala qayıtması ilə bağlı Pezeşkian üçün əhəmiyyətlidir: "Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə İranın dövlət başçısının İlham Əliyevə və Azərbaycana böyük hörməti olduğunu deyən Abbas Əraqçı cümləsini belə yekunlaşdırıb: “Məsud Pezeşkian İran Prezidenti seçilməsindən sonra Azərbaycanla əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verib”. Abbas Əraqçı Azərbaycan Prezidentinin İrana rəsmi səfərə dəvət edildiyini bildirib. Azərbaycan Prezidentinin İrana səfəri gələn il baş tuta bilər. Məsud Pezeşkianın Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyi səmimidir. Belə baxanda İranın başqa çıxış yolu da yoxdur. Qərbin sərt sanksiyaları ilə üzləşən, ABŞ və İsrailin yeni hücumlarından hələ də sığortalanmayan İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycanla yaxşı münasibətlərə, ortaq layihələrin reallaşmasını sürətləndirməsinə ehtiyacı var".

E,Şahinoğlunun fikrincə, problem ondadır ki, bunu İran Prezidenti və onun hökumət üzvləri anlasalar da, hakimiyyətin digər mühafizəkar qanadı hələ də fərqli mövqedədir: "Doğrudur, mühafizəkarlar əvvəlki illərdə olduğu kimi “Zəngəzur dəhlizinə imkan verməyəcəyik” kimi məntiqsiz və mənasız açıqlamalarını azaldıblar, ancaq anti-Azərbaycan ritorikalarından tam imtina da etməyiblər".

Tehran,

Sitat.info



Xəbər xətti