Quru sərhədlərin açılması ilə bağlı VACİB AÇIQLAMA

16:46 17 Dekabr 2025

"Quru sərhədlərin bağlı qalmasının ziyanlarının rəqəmlərlə ifadəsini tapmaq çox çətindir. Amma ölkə iqtisadiyyatına ziyan vurduğu dəqiqdir. Əsasən də turizmə və sərhədyanı ticarətə ciddi zərbə vurur. İnsanların psixoloji durumuna belə təsir göstərir. Bir çoxlarının qohumlarının sərhədin o tərəfində olduğunu nəzərə alsaq, hətta sosial problemlərin yaranmasına da  səbəb olur".

Bu sözləri "Sitat.info"ya açıqlamasında iqtisaçı, REAL partiyasının sədri Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, sərhədlərin bağlı qalması iqtisadiyata mənfi təsir edir:  "Əgər ölkəyə 2019-cu ildə 3  milyon 700 min turist gəlmişdisə, ötən il   1.8 milyon turist gəlib. Yəni, ciddi azalma var. Bu da onu göstərir ki, turizmdən gələn gəlir azalır. Ümumlikdə, quru sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatına ziyan vurur".

Məğrur,

Sitat.info



Xəbər xətti