Sitat.info saytının rəhbəri Nərgiz Salmanova təhsil sistemi ilə bağlı mühüm məsələyə toxunub. O uşaqların 5 yaşından məktəbəhazırlıq qruplarına cəlb olunmasını və onlara 1-ci sinifin proqramı əsasında tədrisin keçirilməsinə qarşı çıxıb.
O qeyd edib ki, bu yaş dövründə uşağın qavrama qabiliyyəti yazıb-oxuma, toplama-çıxma bacarıqlarının öyrədilməsi üçün yetərli inkişaf səviyyəsində olmur və uşaqlar çətinlik çəkir, proqramın ağırlığı altında həm valideynlər, həm də azyaşlılar stress yaşayırlar.
Qeyd edək ki, video Tiktok sosial şəbəkəsində 100 minə yaxın baxış toplayıb, 3 min bəyənmə ilə yanaşı, 500 izləyici də şərh yazaraq N.Salmanovanın fikirlərini dəstəkləyib.
Sitat.info həmin videonu təqdim edir.
@sitat.info 5 yaşlı uşaqlara niyə zülm edirik? Məktəbəhazırlıq qruplarında ağır tədris proqramında ♬ original sound - Sitat.info xəbər portalı