Yeniyetmələr arasında dava: 3 nəfər bıçaqlandı

11:30 9 Fevral 2026

Şəmkirdə yeniyetmələrin arasında baş verən mübahisə zamanı 3 nəfər xəsarət alıb.

Sitat.info xəbər verir ki, xəsarət alanların 2011-cu il təvəllüdlü O.Abuzərli, 2009-cu il təvəllüdlü H.Abuzərli və 2011-ci il təvəllüdlü S.Məmmədli olduğu bildirilir.

TƏBİB-dən bildirilib ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına fevralın 8-də saat 22:10 radələrində 3 nəfər (kişi) şəxslər xəsarət alması səbəbilə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.

Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.



Xəbər xətti