Xəbər verdiyimiz kimi Bakının Sabunçu rayonunda yaşayan Yevlax rayon sakini Abbasov Rövşən Yusif oğlu "188” Yükdaşıma və Evakuasiya Xidmətindən şikayətçidir.
Sitat.info-ya müraciət edərək problemini ictimailəşdirməyə çalışan Rövşən Abbasov 1 ildir ki, çalışdığı "188" Yükdaşıma Xidmətindən əmək haqqını ala bilmir.
Məsələ ilə bağlı şirkətdən də mövqe öyrəndik. Şirkətdən Abbasov Rövşən Yusif oğluna 3 aylıq əməkhaqqının verilmədiyini təsdiqlədilər.
Xanım əməkdaş bildirdi ki, vergi borcuna görə şirkətin bank hesabına sərəncam qoyulduğundan işçilərin maaşlarının ödənilməsi gecikir : "188” Yükdaşıma və Evakuasiya Xidməti "Azcargo" MMC-yə daxildir. Hazırda "Azcargo" MMC-nin hesabında borca görə sərəncam var, 7-10 gün ərzində əməkhaqqını ödməyə çalışacağıq. Bu barədə sizə ətraflı məlumat da verəcəyik".
Qeyd edək ki, Vergilər Nazirliyinin rəsmi saytında olan məlumata görə, "188" Yükdaşıma Xidmətinin də daxil olduğu "Azcargo" MMC-nin ümumilikdə 110 min manata yaxın vergi borcu var.
Məğrur,
Sitat.info