ABŞ-nin savaş planında ciddi boşluq! İranın Hörmüz planı düzgün qiymətləndirilməyib

15:15 13 Mart 2026

ABŞ rəsmilərinin İranın Hörmüz boğazını bağlamaq ehtimalını əvvəlcədən tam nəzərə almadığı iddia olunur.

Sitat.info xəbər verir ki, məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Milli Təhlükəsizlik Şurası (MTŞ) rəsmiləri İsraillə birlikdə həyata keçirilən hücumlara cavab olaraq İranın belə addım ata biləcəyini planlaşdırma prosesində kifayət qədər qiymətləndirməyiblər. Adı açıqlanmayan ABŞ rəsmiləri bu ehtimalı yalnız “ən pis ssenari” kimi dəyərləndirdiklərini bildiriblər.

Bildirilir ki, yüksək vəzifəli rəsmilər ABŞ Konqresinə verilən brifinqlərdə də Hörmüz boğazının bağlanması ehtimalının əvvəlcədən planlaşdırılmadığını etiraf ediblər.

Xəbərdə qeyd olunur ki, ABŞ administrasiyası İranın boğazı bağlamasının daha çox Tehranın özünə zərər verəcəyini düşünürdü. Bu fikir 2025-ci ilin iyununda ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra Tehran tərəfindən verilən təhdidlərin həyata keçirilməməsi ilə daha da güclənmişdi.

Həm Respublikaçı, həm də Demokrat administrasiyalarında çalışmış keçmiş bir ABŞ rəsmisi isə vəziyyəti tənqid edərək bildirib ki, Hörmüz boğazının bağlanması ssenarisinə hazır olmaq uzun illərdir ABŞ milli təhlükəsizlik siyasətinin əsas prinsiplərindən biri olub.

Son məlumatlara görə, İran ABŞ və İsrailin hücumları ilə əlaqəsi olan ölkələrə məxsus gəmilər üçün Hörmüz boğazını  bağlayıb.

Tehran,

Sitat.info



Xəbər xətti