ABŞ və İran arasında mövcud qarşıdurma başa çatsa belə, bu, regionda sülhün bərqərar olacağı anlamına gəlmir. Belə ki, İran son dövrdə iki dəfə hücuma məruz qalıb.Bundan başqa, İran rəhbərliyi İsrailin ölkədəki rejimi devirməyə çalışdığına, ABŞ-ın eyni məqsədi güddüyünə inanır.
Bu səbəbdən tərəflər arasında tam sülh gözlənilmir və əldə oluna biləcək ən yaxşı nəticə uzunmüddətli atəşkəsdir. Gözlənilən odur ki, İran bundan sonra da hərbi hazırlıq vəziyyətində qalacaq, raket arsenalını yenidən quracaq və böyük ehtimalla nüvə silahı əldə etməyə çalışacaq. Müharibədən əvvəl İran nüvə silahı yaratmağa can atmayan, lakin belə potensialı qoruyan ölkə kimi qiymətləndirilirdi. Lakin ABŞ-ın sərt siyasəti Tehranın yanaşmasını dəyişdirib və nüvə proqramı ilə bağlı hesablamalarına təsir göstərib.
Nərgiz,
Sitat.info