Netanyahu İranla müharibəni öz maraqları üçün uzadır - Professor ŞOK səbəbləri AÇIQLADI

12:54 8 İyun 2026

Tehran Universitetinin professoru Foad İzadi ABŞ və İsrail arasında mümkün sülh prosesi ilə bağlı açıqlama verib.

Sitat.info xəbər verir ki, o sülh danışıqlarında uğursuzluqda Netanyahunu günahlandırıb.

O bildirib ki, İsrail heç vaxt sülhə maraqlı olmayıb və Baş nazir Benyamin Netanyahu İranla ABŞ arasında mümkün sülh razılaşmasının uğursuzluğa düçar olmasını istəyir.

İzadiyə görə, İsrail “proqnozlaşdırıla bilən rəqibdir” və “sülh istəmir”. O həmçinin Netanyahunun davam edən korrupsiya işi səbəbilə hüquqi problemlərlə üzləşdiyini və həbs riski daşıdığını qeyd edib.

Professorun sözlərinə görə, Netanyahu məhkəmə iclaslarını müharibələr səbəbilə təxirə salır. O həmçinin İsraildə bu ilin sonunda keçiriləcək seçkiləri də xatırladıb.

İzadi iddia edib ki, Netanyahu sülh danışıqlarını pozmağa və sabotaj etməyə çalışır və bu prosesdə müəyyən qədər uğur da qazanıb.

O əlavə edib ki, bəzi insanlar belə sual verə bilər: “İran niyə Netanyahunun planına düşdü?”

İzadi bu suala cavab olaraq bildirib ki, İran “İsrail üslubunda sülh və atəşkəs” istəmir. Onun sözlərinə görə, İsrailin yanaşmasında kağız üzərində atəşkəs olsa da, realda hücumlar davam edir.

Sonda professor qeyd edib ki, həqiqi atəşkəsin təmin olunub-olunmaması ABŞ Prezidenti Donald Trampın Netanyahunu nə qədər nəzarətdə saxlaya biləcəyindən asılıdır.

Aytac,

Sitat.info

 



Xəbər xətti