G7 ölkələri Livanda atəşkəslə bağlı çağırış ediblər

14:22 17 İyun 2026

G7 ölkələri İranda müharibənin dayandırılması üzrə əldə olunan aralıq sazişi alqışlayaraq, Livanda atəşkəsə çağırış ediblər.

Sitat.info xəbər verir ki, Fransada keçirilən sammitdə liderlər İranın nüvə silahı əldə etməməsinin vacibliyini vurğulayıb və danışıqların bölgədəki təhlükələri aradan qaldırmalı olduğunu bildiriblər.

G7 ölkələri həmçinin İranla müharibə fonunda enerji təhlükəsizliyini gücləndirmək üçün tədarük marşrutlarını şaxələndirəcəklərini və Hörmüz boğazından asılılığı azaltmağa çalışacaqlarını açıqlayıblar.

Məlumata görə, ABŞ və İran arasında əldə olunan razılaşma daimi sülh danışıqlarına zəmin yaratmalı, Böyük Britaniya və Fransa isə boğazın yenidən açılmasından sonra gəmiçiliyin təhlükəsizliyinə dəstək verməyə hazırdır.

Bununla yanaşı, G7 liderləri Livanda da atəşkəsin təmin olunmasına çağırış ediblər.

Aytac,

Sitat.info



Xəbər xətti