İranın Əbu-Dabidəki səfirliyi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılan 55 iranlı balıqçının ölkələrinə qaytarıldığını açıqlayıb.
Sitat.info xəbər verir ki, səfirliyin məlumatına görə, balıqçılardan 14-ü artıq dəniz yolu ilə İrana qayıdıb, qalanlarının isə hava yolu ilə ölkəyə göndərilməsi planlaşdırılır.
Bildirilib ki, balıqçılar mart və aprel aylarında naviqasiya sistemlərində yaranan nasazlıqlar səbəbindən BƏƏ Sahil Mühafizəsi tərəfindən saxlanılıblar.
Səfirliyin açıqlamasında qeyd olunub ki, əsasən Sistan və Bəlucistan, eləcə də Hörmüzqan əyalətlərindən olan balıqçılar bölgədəki xüsusi şərait və izləmə sistemlərindəki problemlər səbəbindən saxlanılıb. Onlar iki aydan artıq müddətdə Sveyhan saxlanma mərkəzində, həmçinin Ras əl-Xayma və Şarja əmirliklərindəki həbsxanalarda saxlanılıblar.
Seymur,
Sitat.info