Rusiyada yanacaq böhranı dərinləşir: Qiymət artımı inflyasiyanı üç dəfə üstələdi

16:26 14 İyul 2026

Rusiyada davam edən yanacaq böhranı iqtisadiyyata təzyiqi artırır. Benzin və dizel qiymətlərinin sürətlə bahalaşması istehsal və daşınma xərclərini yüksəldərək bir çox sektorda qiymət artımına səbəb olur.

Sitat.info xəbər verir ki, Rusiya hökuməti daxili bazarda yanacaq təminatını artırmaq üçün benzin, dizel və aviasiya yanacağının ixracını dayandırıb. Yanacaq çatışmazlığı səbəbindən ölkənin 40-dan çox regionunda satışa müxtəlif məhdudiyyətlər tətbiq edilib.

Rusiya Federal Statistika Xidmətinin məlumatına görə, ilin əvvəlindən iyulun 6-dək benzinin qiyməti 13,9%, dizelin qiyməti isə 14,7% artıb. Bu dövrdə ölkədə inflyasiya cəmi 4,5% təşkil edib.

Rusiya Mərkəzi Bankı yanacaq qiymətlərindəki artımın inflyasiya riskini gücləndirdiyini bildirərək, faiz endirimləri ilə bağlı daha ehtiyatlı mövqe tutacağını açıqlayıb.

Qeyd edək ki, böhranın əsas səbəbləri kimi Ukraynanın PUA hücumları nəticəsində bəzi neft emalı zavodlarının fəaliyyətinin məhdudlaşması, yay mövsümündə tələbatın artması və logistika marşrutlarındakı dəyişikliklər göstərilir.

Nigar,

Sitat.info



Xəbər xətti