Qlobal kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə artım müşahidə olunub.
Sitat.info xəbər verir ki,l kriptovalyuta bazarının ümumi kapitallaşması 2,22 trilyon ABŞ dolları təşkil edib.
Bazar kapitallaşmasına görə ən böyük kriptovalyuta olan Bitcoin (BTC) son 24 saatda 0,33% bahalaşaraq 64 697,92 ABŞ dollarına yüksəlib.
İkinci ən böyük kriptovalyuta Ethereum (ETH) 0,45% bahalaşaraq 1 707,56 ABŞ dollarına çatıb. BNB isə 0,09% ucuzlaşaraq 579,78 ABŞ dollarından ticarət olunub.
ABŞ dollarına indekslənən Tether (USDT) 1 ABŞ dolları səviyyəsində sabit qalıb.
Qızılın qiymətinə indekslənən PAX Gold (PAXG) 0,01% bahalaşaraq 4 026,68 ABŞ dollarına yüksəlib.
Digər iri kriptovalyutalardan Bitcoin Cash (BCH) 0,30%, BitTensor (TAO) 0,33% bahalaşıb, Monero (XMR) isə 0,01% ucuzlaşıb.
Ümumilik kriptovalyutaların qiymətində ciddi dəyişiklik qeydə alınmayıb. Analitiklər bunu investorların FED-in faiz qərarları ilə bağlı gözləntiləri fonunda ehtiyatlı davranması ilə izah edirlər.