İsrail ordusu Qəzzanın şimalında HƏMAS-ın silahlı qanadı olan "Qəssam Briqadaları"nın iki xüsusi təyinatlı komandirinin öldürüldüyünü açıqlayıb.
Sitat.info-nun Əl-Cəzirəyə istinadən məlumatına görə, bildirilib ki, 14 iyul gecəsi keçirilən əməliyyat zamanı "Nuxba" xüsusi təyinatlı bölməsinin komandirləri Əli Şamlax və Nasir Luah öldürülüb.
İsrail ordusunun iddiasına görə, onlar bölgədə fəaliyyət göstərən İsrail hərbçiləri üçün "birbaşa təhlükə" yaradırdılar. HƏMAS tərəfi isə bu məlumatla bağlı hələlik açıqlama verməyib.
Səid,
Sitat.info