Dünya bazarında neftin qiyməti artmaqda davam edir.
Sitat.info xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti son bir aydan çox müddətdə ilk dəfə 90 dolları ötüb.
Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçersləri 2,37% bahalaşaraq 90,19 dollara yüksəlib. Nyu-York əmtəə birjasında (NYMEX) isə WTI markalı neftin avqust fyuçersləri 2,13% artaraq 84,25 dollar olub.
Son bir həftədə Brent nefti 15,9%, WTI isə 15,5% bahalaşıb ki, bu da müvafiq olaraq aprel və mart aylarından bəri ən yüksək həftəlik artım hesab olunur.
Səid,
Sitat.info