"Kapital Bank"dan etiraz edən qazi ilə AÇIQLAMA

12:15 27 İyul 2026

Özünü qazi kimi təqdim edən Kəlbiyev Namiq Hüseyn oğlu "Kapital Bank"a etiraz edərək, sosial şəbəkələrdə paylaşım edib.

Sitat.info xəbər verir ki, o çıxışında öz adına açdığı yardım kartında yaranan problemlə bağlı etirazını dilə gətirib.

Belə ki,  bank onun adına olan yardım kartını bloklayıb.

"Kapital Bank"ın mətbuat xidmətinin rəhbəri Arzu Əliyeva "Sitat.info"ya açıqlamasında bildirib ki, müştəri yaranmış problemin səbəbləri ilə bağlı məlumatlandırılıb: "Müştəriyə lazımı məlumat verilib. Müştərinin şəxsi məlumatlarını bölüşə bilmərik"

Aytac,

Sitat.info



Xəbər xətti