"Big Tech"in süni intellekt investisiyaları 1 trilyon dolları ötdü

11:52 31 İyul 2026

ABŞ-ın dörd aparıcı texnologiya şirkəti – Amazon, Microsoft, Google və Meta – 2023-cü ildə süni intellekt bumunun başlamasından bəri AI texnologiyalarına ümumilikdə 1,1 trilyon dollar sərmayə yatırıb.

Sitat.info xəbər verir ki, bu barədə Financial Times şirkətlərin maliyyə hesabatlarına istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bu xərclər həm şirkətlərin süni intellekt sahəsindəki böyük ambisiyalarını, həm də ABŞ-ın texnologiya nəhənglərinin qısa müddətdə aşağı kapital xərclərinə malik şirkətlərdən dünyanın ən iri fiziki infrastruktur investorlarına çevrildiyini göstərir.

Məlumata əsasən, Amazon, Microsoft, Google və Meta təkcə 2026-cı ildə ümumilikdə 745 milyard dollar xərcləməyi planlaşdırır. Bu vəsait əsasən məlumat mərkəzlərinin (data center) tikintisinə, yüksək məhsuldarlıqlı çiplərin alınmasına və AI sistemlərinin işləməsi üçün tələb olunan elektrik enerjisinin təmin edilməsinə yönəldiləcək.

Səid,

Sitat.info 



Xəbər xətti