"Nvidia” süni intellekt infrastrukturunun inkişafı üçün 500 milyard dollardan çox üçüncü tərəf kapitalını cəlb etmək məqsədilə 6 maliyyə qurumu ilə əməkdaşlıq edir.
Sitat.info xəbər verir ki, şirkət “Apollo”, “Blackstone”, “BlackRock”, “Brookfield”, “Goldman Sachs” və “KKR”ilə müstəqil maliyyələşdirmə platformalarının yaradılması üçün anlaşma memorandumu imzalayıb.
Bu platformalar süni intellekt və hesablama infrastrukturunu investorlar üçün yeni investisiya sahəsinə çevirməyi və süni intellekt data-mərkəzlərinə çıxışı genişləndirməyi hədəfləyir.
“Nvidia”nın açıqlamasına görə, tərəfdaşlıq çərçivəsində 500 milyard dollardan çox vəsaitin səfərbər edilməsi planlaşdırılır. Bununla belə, maliyyələşdirmənin həyata keçirilməsi yekun razılaşmaların imzalanmasından asılı olacaq.
“Nvidia”nın baş direktoru Jensen Huang bildirib ki, şirkət çip istehsalçısından süni intellekt infrastrukturu üçün yeni investisiya imkanları yaradan şirkətə çevrilir.