Tiflisdən Bakıya bilet tapılmır? - Gürcüstandan açıqlama

09:22 12 Avqust 2026

iflis-Bakı istiqamətində əlavə reyslərin təyin edilməsi ilə bağlı Gürcüstan Dəmir Yolları tərəfindən hər hansı çətinlik mövcud deyil.

Sitat.info xəbər verir ki, bu barədə Report-a Gürcüstan Dəmir Yollarından məlumat verilib.

Qurumun açıqlamasında bildirilir ki, Gürcüstan və Azərbaycan dəmir yolları Tiflis-Bakı və Bakı-Tiflis istiqamətlərində əlavə sərnişin reyslərinin təyin edilməsi üzərində iş aparır.

Qeyd olunub ki, sözügedən istiqamətdə əlavə reyslərin təyin olunması və qəbul edilməsi ilə bağlı Gürcüstan Dəmir Yolları tərəfindən hər hansı maneə mövcud deyil.

"Hazırda tərəflər arasında bununla bağlı müvafiq iş prosesi aparılır", - qurumdan əlavə olunub.

"Gürcüstan Dəmir Yollarının məlumatına görə, əlavə reyslərin təyin olunacağı tarixlər barədə məlumat ictimaiyyətə açıq şəkildə elan ediləcək.

Qeyd edək ki, Tiflis-Bakı sərnişin qatarına tələbatın yüksək olması səbəbindən biletlərin əldə edilməsi ilə bağlı son günlər sosial şəbəkələrdə müxtəlif müraciətlər və şikayətlər də yayılıb.



Xəbər xətti