Neftimizin satış qiyməti 96 dollara çatır

10:02 12 Avqust 2026

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti  bahalaşıb. 

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,41 dollar və ya 0,43% artaraq 95,57 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 95,16 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.



Xəbər xətti