"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin oktyabr müqaviləsinin dəyəri 0,65% artaraq 1 barelə görə 91,46 dolları təşkil edib.
Sitat.info-nun məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin sentyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,85% artaraq 85,22 ABŞ dollarına bərabər olub.