ABŞ-ın 4 ştatı Meta-nı Facebook və Instagram-da uşaqları və yeniyetmələri platformalarda daha uzun müddət saxlamaq üçün xüsusi funksiyalardan qəsdən istifadə etməkdə ittiham edir.
Sitat.info xəbər verir ki, 29 ştatın 2023-cü ildə şirkətə qarşı qaldırdığı iddialardan ilk olaraq 4-nə baxılacaq.
Meta-nın hesablamalarına görə, nəzəri olaraq maksimum cərimə 1,4 trilyon dollara çata bilər. Hüquqşünaslar isə belə böyük cərimənin tətbiq ediləcəyini az ehtimal edirlər.
İddiaçılar həmçinin Meta-nın valideynlərin razılığı olmadan 13 yaşdan kiçik uşaqların məlumatlarını topladığını bildirirlər. Şirkət ittihamları rədd edir.
Məhkəmədə Mark Zukerberq və Instagram rəhbəri Adam Mosserinin də ifadə verməsi gözlənilir.