Putin Ukrayna ilə danışıqlara başlamaqda niyə maraqlı deyil? - SƏBƏBLƏR

10:59 21 Avqust 2026

Rusiya prezidenti Vladimir Putin hazırda müharibənin dayandırılması ilə bağlı danışıqlara başlamaqda maraqlı deyil.

Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna Prezident Aparatı rəhbərinin birinci müavini Sergey Kislıtsa deyib. 

Kislıtsa hesab edir ki, qışın başlamasından sonra Moskvanın danışıqlara motivasiyası daha da azalacaq. Onun fikrincə, Putin Ukraynanın qışı ağır keçirəcəyini və bunun Kiyevin mövqeyini zəiflədəcəyini düşünür.

“Putinin hazırda danışıqlar masasına oturmaq üçün heç bir istəyi yoxdur. Qış başlayandan martın ortalarınadək isə onun motivasiyası daha da az olacaq”, – deyə Kislıtsa bildirib.

O vurğulayıb ki, buna baxmayaraq, Ukrayna müharibənin dayandırılması üçün diplomatik yollar axtarmağa davam edəcək. Kislıtsa ABŞ və Ukrayna arasında son aylarda aparılan dialoqun “misli görünməmiş” səviyyədə olduğunu da qeyd edib.

Aytac,

Sitat.info



Xəbər xətti