Sitat.info xəbər verir ki, hüquqşünas Aslan İsmayılov Nazarbayevin heykəlinin başına ip salınmış fotosunu paylaşaraq, Qazaxıstanda baş verən hadisələrə münasibət bildirib.
O, özünün feysbuk hesabında bunları yazıb: "Az əvvəl Putin, Lukaşenko və Tokayev Qazaxıstandakı vəziyyəti müzakirə etdilər. Bu gün N.Nazarbayevin başına ip salıb sevinənlər, əgər istəklərinə çatsalar, az sonra İraqda S.Hüseyni, Liviyada M.Qəddafini, Misirdə H.Mübarəki əli şamla axtardıqları kimi yeni Nazarbayev axtaracaqlar".
Sitat.info