"Ər-arvad pulsuz qalmışıq" - Məhşur aktrisa

12:42 27 Mart 2023

Ər-arvad çox pulsuz qalmışıq. Buralara gələnə qədər neçə kastinqə getmişəm, bilmirəm. Nursema mənim də içimdə bir yerdədir. Bu rolu oynadığım üçün çox xoşbəxtəm.

Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Kızılcık şerbeti" serialında baş rolu canlandıran aktrisa Ceren Karakoç deyib.

Aktrisa etiraf edib ki, məşhurlaşana qədər maddi baxımdan çox ciddi sıxıntılar çəkib.

Məlumat üçün bildirək ki, qadına qarşı zorakılıq səhnələri yer aldığı üçün Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) serialın yayımlandığı kanalı bir neçə dəfə cərimələyib. Qeyd olunub ki, sözügedən ekran işində qadına zorakılıq təşviq edilir.

Bu səbəbdən də inzibati pul cəzası və 5 dəfə proqramın yayımını dayandırmaq barədə qərar verilib.



Xəbər xətti