İranda partlayış baş verdi: 9 yaralı…

18:18 23 May 2023

İranın Əlborz əyalətinin İştəhard sənaye şəhərciyində partlayış olub.

Sitat.info xəbər verir ki, bu barədə Əlborz əyalətinin Qızıl Aypara Cəmiyyətinin başçısı Məhəmməd Bagir Xələfi məlumat verib.

Məlumata görə, hadisə nəticəsində 9 nəfər ağır xəsarət alıb.

Xələfi partlayış və yanğının səbəblərinin araşdırıldığını deyib.



Xəbər xətti