Medvedev yenə meydan oxudu!

23:24 23 May 2023

“Ukraynaya verilən silahlar nə qədər dağıdıcı olsa, nüvə apokalipsisi adlanan ssenari bir o qədər yaxın olacaq”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Sitat.info xəbər verir ki, Rusiyanın ABŞ-ın Ukraynaya F-16 qırıcıları göndərməsinə yaşıl işıq yandırmasına reaksiyası davam edir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev işgüzar səfər çərçivəsində gəldiyi Cənub-Şərqi Asiya ölkəsi Laosun paytaxtı Vyantyanda bir sıra açıqlamalar verib.

“Ukraynaya nə qədər çox silah verilsə, dünya bir o qədər təhlükəli olar və bu silahlar nə qədər dağıdıcı olarsa, “nüvə apokalipsisi” adlanan ssenari bir o qədər yaxın olacaq”, - Medvedev bildirib.

Qərb ölkələrinin Ukraynaya silah dəstəyinin yalnız münaqişənin uzanmasına gətirib çıxardığını bildirən Medvedev: "Kiyev rejiminin hərbi hissələrinin gücləndirilməsinə yönəlmiş hərəkətlər son nəticədə yalnız bir şeyə səbəb olur. Ölüm hallarının artması və münaqişənin uzanması", - qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti