AMAZON-un qurucusu və 127 milyard dollarlıq sərvətlə dünyanın üçüncü ən varlı adamı Ceff Bezos 2019-cu ildən bəri birlikdə olduğu sevgilisi Lauren Sanchezlə nişanlanıb.
Sitat.info xəbər verir ki, ikiliyə yaxın mənbələr xəbəri təsdiqləsə də, Bezos-Sanchez cütlüyündən hələlik heç bir açıqlama verilməyib. "Kann" kinofestivalına qatılmaq üçün Fransaya gedən ikili ötən gün axşam saatlarında otellərinə daxil olarkən fotolar çəkilib. Sanchesin ürək formalı üzük taxması diqqət çəkib. Bezosun 25 ildir evli olan və 4 övladı olan keçmiş həyat yoldaşı Makkenzi Skottdan ayrılmasına səbəb kimi Sanches göstərilib. Keçmiş aparıcı Sanches 2005-ci ildə Patrick Whitesell ilə də evlənib, lakin bu evlilik 2019-cu ildə Bezos ilə münasibətlərinin üzə çıxması ilə bitib.
Seymur Bənnayev
Sitat.info