ADP sədri Sərdar Cəlaloğlu Qarabağda yaşayan ermənilərin müqəddəratının həlli ilə bağlı maraqlı bir təklif irəli sürüb.
Sitat.info xəbər verir ki, partiya sədri Sitat TV-nin efirində bu haqda danışıb.
O bildirib ki, hazırda Ukraynada yaşayan rusların da Rusiyaya köçürülməsi prosesi başlayıb. Əgər Ermənistan ermənilərin taleyindən narahatdırsa, onları Ermənistana köçürsün. Azərbaycan tərəfi də Qərbi azərbaycanlıları Ermənistandakı ata-baba yurdlarına köçürmək əvəzinə Xankəndi və ətraf ərazilərdə yerləşdirsin. Bu zaman əlavə sülhməramlılara, beynəlxalq mexanizmə və sair də ehtiyac qalmaz.
Daha ətraflı S.Cəlaloğlunun öz dilindən dinləyin. Videonu təqdim edirik.