Natiq Cəfərli: "Türkiyədə iqtisadi vəziyyəti düzəltmək heç də asan olmayacaq"

18:21 30 May 2023

"Seçkidən öncə də fikirlərimizi bildirmişdik ki, Türkiyədə kimin qalib gəlməsindən aslı olmayaraq, iqtisadi vəziyyəti düzəltmək heçdə asan olmayacaq".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, Ərdoğanın qalib gəlməsi gələcəkdə Türkiyə iqtisadiyyatında sabitlik effekti yarada bilər: "Bu proses təbii ki, asan olmayacaq. Çünki ölkə iqtisadiyyatında fundamental, institusional problemlər və ölkənin valyuta gəlirlərində azalmalar var. İdxaldan aslılıq kifayət qədər yüksək səviyyədədir".

Eskpert açıqlamasında Ərdoğanın Mərkəzi Bankın faiz dərəcələrini aşağı salınmasına çalışacağını bildirib: 10 bölgənin zəlzələdən sonra bərpası üçün yüz milyard dollara yaxın vəsait lazımdır. Bu vəsaiti əldə etmək çox çətindir. Ya kreditlərə baş vurulmalıdır, ya da türk lirəsinin dövriyyəsini artırmaqla bağlı tədbirlər görülməlidir. Yəni tədavülə daha çox türk lirəsi buraxılacaq. Bu da infilyasiyanın dolların bahalaşmasını artıran amillərdir".

N. Cəfərli qeyd edib ki,  ölkənin yarısının hakimiyyətdən narazı olması Ərdoğan üçün bir mesajdır: "Ərdoğan bundan nəticə çıxara biləcək bir siyasətçidir. Ola bilər ki, o, bu problemlərin həlli üçün mərkəzi bankın işinə müdaxilə edilməsində və digər məsələlərdə daha rahat davranmağa başlasın".

Ayna Fərhad

Sitat.info



Xəbər xətti