Kuleba: "NATO ölkələrinin liderləri Ukraynanın Alyansa daxil olması üçün açıq-aydın dəvət səsləndirməyiblər"
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO sammitinin bəzi nəticələrinin onlara uyğun gəlmədiyini deyib.
Sitat.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə informasiya marafonunun efirində bildirib.
Nazir NATO-nun iyulun 11-12-də Vilnüsdə keçirilən sammitinin nəticələrindən “ümumiyyətlə” razı qaldığını, lakin onu qane etməyənbəzi məqamların olduğunu qeyd edib.
"Məni yalnız bir məqam qane etmir - sammit in yekunlarına dair mətndə NATO-nun Ukraynanı üzvlüyə dəvət etməsi və ya Ukraynanın şərti olaraq üzvlüyə dəvət edilməsi barədə aydın sözlər yoxdur", - Kuleba deyib.
Eyni zamanda diplomat qeyd edib ki, bu sammitdə təkcə kommünikenin mətnində və rəsmi bəyanatlarda öz əksini tapması deyil, həm də pərdə arxasında baş verənlər vacibdir.
"Vilnüs sammiti ilə təkcə 2008-ci ildə keçirilən Buxarest sammiti arasında deyil, ümumilikdə Madrid sammiti ilə (2022-ci ildə) də prinsipial fərqi var idi. Və bu fərq ondan ibarət idi ki, biz psixoloji baryeri dəf etdik və mən görürəm ki, Ukraynanı həqiqətən NATO-nun üzvü kimi görürlər”, - Kuleba vurğulayıb.
"NATO-ya üzv ölkələrin kvant sıçrayışı etməmələri pisdir. Amma, digər tərəfdən, mən görürəm ki, bu kvant sıçrayışı qaçılmazdır və düşündüyümüzdən də çox tez baş verəcək", - Kuleba əlavə edib.
Məğrur,
Sitat.info