İran-Səudiyyə Ərəbistanı xəttində kritik görüş! Gündəmdə yalnız bir məsələ var...

18:09 12 Oktyabr 2023

 İran prezidenti İbrahim Rəisi 7 ildən sonra iki ölkə arasında münasibətlərin bərpasının ardından Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə  telefon danışığı aparıb. 

Sitat.info xəbər verir ki, İran və Səudiyyə Ərəbistanı belə həssas dövrdə iki əsas ölkə olaraq, məzlum və müsəlman Fələstinə dəstək olmalıdır" - deyən Rəisi İslam ölkələrinin Qəzzada törədilən qırğınların qarşısını almaq üçün əməkdaşlıq etməli olduğunu deyib. 

 Rəisi görüşdə İran və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq və harmoniyanın regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün vacib olduğunu bildirib və deyib: "İran və Səudiyyə Ərəbistanı regionun iki mühüm ölkəsi olaraq məzlum və müdafiəsiz Fələstin xalqını dəstəkləməlidir.  Son qarşıdurma və gərginliyin səbəbi işğalçı İsrail rejiminin sistemli şəkildə həyata keçirdiyi zülm və qətllərdir. Təbii ki, rejim Fələstin xalqının iradəsini qıra bilmədi və bu gün biz  işğalçı, sionist rejimə qarşı müqaviməti, zərbələri izləyirik”. 

 İsrailin Qəzzaya bütün su, elektrik və yanacaq tədarükünü kəsdiyini vurğulayan Rəisi Qəzzada törədilən qətliamın qarşısını almaq üçün İslam ölkələrinin əməkdaşlıq etməli olduqlarını bildirib. Rəisi deyib: "İran və Səudiyyə Ərəbistanı fələstinlilərə qanuni hüquqlarının təmin edilməsində və cinayətlərə son qoyulmasına kömək edə bilər. Bölgədə daimi həllə nail olmağın yeganə yolu fələstinlilərin hüquq və qanunlarına hörmətlə yanaşmaq və onlara öz hüquqlarını müəyyən etmək imkanı verməkdir. Sionistlərin son qətlləri rejim tərəfdarlarının yaşıl işığının yanması nəticəsində başlayıb.Lakin bu qətllər onlara nəinki istədiklərini verməyəcək, əksinə münaqişə və gərginliyi daha da artıracaq.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstindəki son hadisələr fonunda iki ölkə arasında əməkdaşlıq və normallaşmanın vacibliyinə işarə edərək deyib: "İran və Səudiyyə Ərəbistanı arasında normallaşma addımı iki ölkə arasında əməkdaşlıq və ortaqlığın başlanğıcıdır. Bu gün bu normallaşma çərçivəsində atılan addımlardan xoşbəxtəm".

 Qəzzada baş verən son hadisələri "təhlükəli" olaraq xarakterizə edən bin Salman bildirib ki, bu gün Fələstində baş verənlər gərginliyin bölgəyə yayılmasına və Qərb ölkələrində qeyri-sabitliyə səbəb ola bilər: "Bu gün Qərb ölkələri Fələstin xalqının qanunlarına məhəl qoymayaraq problemi həll edə bilməyəcəklərini anlayıblar. Bu çərçivədə İran və Səudiyyə Ərəbistanının əməkdaşlığı hücumların dayandırılmasına və sonra ədalətli həllin yaradılmasına kömək edə bilər". 

Nərgiz,

Sitat.info



Xəbər xətti