"Biz ermənilərə vaxt verməliyik. Çünki sonsuza qədər onların kompensasiya oyunu ilə yaşaya bilmərik, hərdən bizi məhkəməyə çağırsınlar və desinlər ki, orada Aşotun hansısa mülkü qalıb. Ona görə də, ermənilərə qayıdıb öz mülkləri ilə bağlı qərar vermək üçün vaxt vermliyik".
Bu sözləri Sitat.info-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham Şaban deyib.
O bildirib ki, bundan öncə erməni silahlı qüvvələrinin çıxarılmasına vaxt verməliyik deyirdik, amma indi ermənilərin qayıtması üçün üçün konkret vaxt verməliyik: "Mən hesab edirəm ki, bu altı aydan çox olmamalıdır. Deməliyik ki, 6 ay ərzində gəlin öz əmlaklarınız haqqında qərar verin. Ya gəlin satın gedin, ya da yaşayacaqsınızsa yaşayın. Təbii ki, artıq Azərbaycan bayrağı, Azərbaycan gerbi, Azərbaycan Konstitusiyasının qanunları altında, qanunlarımıza uyğun şəklində yaşayacaqsınız. Yox, satıb gedəcəksinizsə satın gedin. Bunu dövlət də ala bilər, fərdlər də ala bilər. 6 ay ərzində gəlməsələr, bu müddət bitəndən sonra Azərbaycan dövləti, o mülkləri milliləşdirəcək, yəni özgəninkiləşdirəcək".
İ.İsmayıl istisna etmir ki, belə bir qanun da qəbul edilə bilər və beynəlxalq instansiyalara çatdırılar: "Beynəlxalq instansiyalara çatdıraq ki, biz 6 ay vaxt veririk ki, həmin şəxslər qayıdıb gəlsinlər, öz əmlaklarına sahib çıxsınlar, qərar versinlər. Bu bizə nəyə görə bizə lazımdır? Sabah həmin o bölgələrdə - Xankəndidə, Hadrutda, Xocavənddə, Ağdərədə məskunlaşmaq üçün hüquqi və qanuni əsaslarımız olur və sürətlə məskunlaşdırırıq. Vaxtilə orada yaşayan azərbaycanlılar qayıdacaqlar. Təbii ki, öz əmlaklarına, mülklərinə sahib çıxacaqlar. Artıq Azərbaycan dövləti hansısa bir şəkildə qərar qəbul edəcək, ya hədiyyə edə bilər, ya onları da özəlləşdirmək üçün bir qərar verə bilər. Bu, sonrakı prosesdir. Amma həm beynəlxalq ictimaiyyət qarşısında, dünya qarşısında humanist addım atdığımızı göstərər, xoş məram nümayiş etdirəriik. Həm də qeyd etmiş oluruq ki, siz kefiniz istədiyiniz vaxt gəlib bu iddianı qaldıra bilməzsiniz. Üç ildən sonra bizə deyəcəklər ki, mənim əmlakım orada qalıb. O səbəbdən biz vaxt veririk ki, gəlin bu müddətdə sahib çıxdınızsa çıxdınız, çıxmadınızsa da bu, sizin öz işinizdir. Artıq Azərbaycan ondan sonra heç bir məsuliyyət daşımır".
Nərgiz,
Sitat.info