Bu halda ilin sonuna qədər sülh mümkündür - Politoloq

16:53 17 Oktyabr 2023

"Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması yüksək dərəcədə realdır. Oxşar açıqlamanı daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev səsləndirmişdi. Hər ikisi “ilin sonuna qədər” ifadəsini işlədib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Paşinyan bunun üçün Avropa İttifaqından dəstək də istəyib: "İqtidarda olan partiya olaraq bizim siyasi iradəmiz var” deyən Paşinyan sülh sazişinin imzalanması məsələsində Avropa İttifaqından dəstək istəyib. Anlaşılan odur ki, Qarabağ yükündən qurtulan Paşinyan sülh sazişi üzrə danışıqları yekunlaşdırmağa və sülh sazişini Moskva deyil, Brüsseldə imzalamağa hazır olduğunu biruzə verib".

E.Şahinoğlu hesab edir ki, Nikol Paşinyan son anda yeni şərtlər irəli sürməsə və Fransanın pozuculuğu qarşısında baş əyməsə sülh sazişinin qısa müddətdə imzalanması mümkündür.

Məğrur,

Sitat.info



Xəbər xətti