"Fələstin İsrail arasında münaqişə öz kuliminasiya nöqtəsinə çatıb və indi bu münaqişə yavaş- yavaş həll olunma mərhələsinə qədəm qoyur. Təbii ki, baş verən hadisələr beynəlxalq ictimaiyyəti əvvəlki reaksiyadan fərqli bir reaksiya verməyə məcbur eləyib".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, əvvəlcə açıq şəkildə hamı tərəf tutmağa tələsirdi: "Xristian dünyası yəhudiləri, İslam dünyası birmənalı şəkildə Fələstini müdafiə edirdi, amma yavaş- yavaş indi hamı başa düşür ki, bu münaqişə hər iki tərəf üçün pis nəticələr verəcək, dünya üçün çox böyük ağır nəticəyə gətirib çıxaracaq, ciddi humanitar fəlakətlərə yol açır və s. Həm də burada beynəlxalq hüquqa uyğun müharibə cinayətləri qaçılmazdır və buna görə də konkret hakimiyyətlər, dövlətlər məsuliyyət daşıyır. Ona görə Bayden də bəyanat verdi ki, HƏMAS ləğv edilsin, deməli bir dövlət kimi Fələstini tanısınlar. Mənə elə gəlir ki, artıq bu model - bütün silahlı qüvvələrin təşkil edilməsi şərti ilə Fələstinin dövlət kimi tanınması vacibdir. Fələstini dövlət kimi tanınandan sonra bu cür münaqişələrə ehtiyac qalmayacaq. Çünki dövlətlərarası münasibətlər məhz beynəlxalq hüquq müstəvisində həll olunacaqdır".
Nərgiz,
Sitat.info