İranda "qisas" çağırışları: Qırmızı bayraqlar asıldı

14:46 5 Yanvar 2024

Çərşənbə günü İranda Qasım Süleymaninin məqbərəsi yaxınlığında törədilən və azı 89 nəfərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti İŞİD (DEAŞ) terror təşkilatı öz üzərinə götürüb. Hücumlardan sonra İranda “intiqam” səsləri yüksəlməkdədir. 
Qasım Süleymaninin ölümünün 4-cü ildönümündə keçirilən anım mərasimində iki ayrı partlayışda həyatını itirənlərin sayı 89-a yüksəlib. İkiqat hücumun məsuliyyətini İŞİD terror təşkilatı üzərinə götürdüyü halda, İrandan “intiqam” səsləri yüksəlir.

İran prezidenti İbrahim Rəisi və İnqilab Keşikçiləri Ordusu (SEPAH) generalı,  general-mayor Hüseyn Səlami hücumda həyatını itirənlərin dəfn mərasimində iştirak etmək üçün Kirmana gediblər.
İran prezidenti televiziyada yayımlanan çıxışında deyib: "Düşmənlərimiz İranın qüdrətini görür, bütün dünya bizim qüdrətimizi və nəyə qadir olduğumuzu bilir. Harada və nə vaxt hərəkətə keçəcəyimizə qüvvələrimiz qərar verəcək". 

Dəfn mərasimində İnqilab Keşikçiləri Korpusunun komandanı İŞİD-i nəzərdə tutaraq “harada olursunuzsa olun, sizi tapacağıq. Əgər kişisənsə, bizimlə döyüşün. Niyə məzlum, müdafiəsiz qadınları, uşaqları qırırsınız?"-deyib. 

İran dövlət kanalındayayımlanan görüntülərdə mərasimə qatılanların “İntiqam, qisas”, “Amerikaya ölüm” və “İsrailə ölüm” kimi şüarlar səsləndirməsi eşidilib.

 Tasnim Xəbər Agentliyinin paylaşdığı videoda Cemkeran məscidinin günbəzində “intiqam” mənasını verən qırmızı bayrağın asıldığı görülüb.

Bu bayraq daha əvvəl İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymani üçün qaldırılıb.

Nərgiz,

Sitat.info



Xəbər xətti